"Heydər Əliyev İli" çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak edən həmkarlar ittifaqı fəalları mükafatlandırılıb


Dekabrın 22-də Culfa rayonunda "Heydər Əliyev İli" çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak edən həmkarlar ittifaqı fəallarının mükafatlandırılma mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Daha sonra 2023-cü ərzində Culfa rayonunda “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlərdə fəal iştirak edən ittifaq üzvləri Culfa Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıblar.