AHİK-in VI qurultayında iştirak edəcək nümayəndə heyəti ilə görüş keçirilib
16 dekabr 2023 10:34
Dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının inzibati binasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının növbədənkənar keçirləcək VI qurultayında iştirak edəcək nümayəndə heyəti ilə görüş keçirilib. İclasda nümayəndələr qurultayla bağlı məlumatlandırılıb.
Qeyd edək ki, növbədənkənar qurultay dekabrın 20-də Bakı Konqres Mərkəzində keçiriləcək. Qurultayda AHİK yeni sədri vəzifəsinə namizədin irəli sürülməsi və seçkisi, eləcə də digər təşkilati məsələlər müzakirə olunacaq.