


Dekabrın 14-də şəhid Mayor Əliyev Malik Təvəkkül oğlunun xatirəsinə həsr olunmuş cüdo üzrə Babək rayon birinciliyi keçirilib. Tədbirdə müxtəlif çəkidə 72 idmançı mübarizə aparıb. Yarışda idmançılardan 13 nəfər I yerə, 13 nəfər II yerə, 20 nəfər III yerə layiq görülüb. Qaliblər Babək rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən diplom və medallarla təltif olunublar.