




Dekabrın 15-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevin qəbul günü keçirilib. Qəzənfər Abdullayev 7 nəfər vətəndaşı qəbul edib. Şuranın sədri qəbula yazılanların hər biri ilə ayrı-ayrılıqda söhbət edib, onların sanatoriya yollayışı, maddi yardım, sovqat yardımı, əmək, sosial-iqtisadi mənafelərinin müdafiəsinə dair şikayətlərini dinləyib. Qəzənfər Abdullayev vətəndaşların problemlərinin həlli üçün lazımi tapşırıqlar verib.