











Yanvarın 20-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Millət Vəkili Səttar Möhbalıyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev və Babək rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov rayon mərkəzindəki Heydər Əliyev prospektində Ulu Öndərimizin əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Babək rayon Şəhidlər Memorial Abidə Kompleksinə gələrək 20 Yanvar şəhidlərinin xatirəsi anılıb, qəhrəman Vətən övladlarının əziz ruhlarına dualar oxunub. Daha sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Millət Vəkili Səttar Möhbalıyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev və Babək rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov Babək rayon sakinləri ilə çay süfrəsi arxasında səmimi görüş keçiriblər. Əvvəlcə Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra AHİK sədri çıxış edərək bildirib ki, 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılan böyük uğurlardan, demokratik dövlət quruculuğu prosesində geniş islahatlardan, ölkəmizin dünya miqyasında artan nüfuzundan, bütün sahələrdə sürətli tərəqqidən danışıb. Biz inanırıq ki, Azərbaycan xalqı indiyə qədər olduğu kimi, bu seçkilərdə də öz müdrik qərarını verəcək, Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq. Görüşdə çıxış edən rayon sakinləri fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.