Naxçıvanda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb


Qanlı 20 Yanvar faciəsindən 34 il keçir. Yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının kollektivi Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra II Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən oğullarının məzarları ziyarət olunub, önünə gül dəstələri düzülüb, unudulmaz xatirələri anılıb, ruhlarına dualar oxunub.
Allah bütün şəhidlərimizə rəhmət etsin!