


Dekabrın 29-da Heydər Əliyev ili ilə əlaqədar olaraq məktəblilər arasında voleybol üzrə Ordubad rayon birinciliyi keçirilib. Ordubad rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsi və Ordubad rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 12 Komanda, 115 İdmançı mübarizə aparıb. Nəticədə Ordubad şəhər tam orta məktəbinin komandası I yer, Vənənd kənd tam orta məktəbi II yer, Ordubad şəhər tam orta İnternat məktəbi isə III yerə layiq görülüb. Sonda qaliblər Ordubad rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən kubok, diplom və hədiyyələrlə mükafatlandırılıblar.