

Dekabrın 11-də Culfa rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin əməkdaşları Vətən müharibəsi zamanı şəhid olmuş Məmmədli Nicat Rizvan oğlu, Quliyev Kənan Vaqif oğlu və Dünyamalıyev Ceyhun Zeynal oğlunun ailələrini ziyarət ediblər. Görüş zamanı qəhrəman şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan söz açılıb. Onların əziz xatirələri anılıb, ruhlarına dualar oxunub. Allah bütün şəhidlərimizə rəhmət etsin!