AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev 2-si qazi olmaqla 24 nəfər vətəndaşı qəbul edib


Dekabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevin qəbul günü keçirilib. Qəzənfər Abdullayev 2-si qazi olmaqla 24 nəfər vətəndaşı qəbul edib. 
Şuranın sədri qəbula yazılan vətəndaşların hər biri ilə ayrı-ayrılıqda söhbət edib, onların sanatoriya yollayışı, maddi yardım, sovqat yardımı, əmək, sosial-iqtisadi mənafelərinin müdafiəsinə dair şikayətlərini dinləyib. 
Qəzənfər Abdullayev vətəndaşların problemlərinin həlli üçün lazımi tapşırıqlar verib.