AHİK sədrinin müavini Vətən müharibəsi qazisini qəbul edib


Yanvarın 22-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev "Naxçıvan Qaziləri" İctimai Birliyinin üzvü, Vətən müharibəsi qazisi, birinci qrup əlil Rəhimov Kamal Famil oğlunu qəbul edib. Şura sədri qazinin qayğıları və səhhəti ilə maraqlanıb. Qazinin Bakı şəhərində müalicəsini davam etdirməsi üçün gediş-gəlişinin təmin edilməsi məqsədilə Şuranın hesabından 200 manat məbləğində maddi yardım edilib. 
Qazi Kamal Rəhimov göstərilən diqqət və qayğıdan razı qaldığını bildirərək, dövlətimizə minnətdarlıq edib.