Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri qəbul günü keçirib


Yanvarın 26-da Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında növbəti qəbul günü keçirilib. AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev vətəndaşları qəbul edib, müraciətləri dinləyib. Qəbulda 26 vətəndaş iştirak edib. Qəbula yazılan vətəndaşların hər biri ilə ayrı-ayrılıqda söhbət edilib. Səhhətində müəyyən problemləri  olan şəxslərin, aztəminatlı ailə üzvlərinin şikayətləri dinlənilib, ərizələrinə baxılıb. Müraciətlərin əksəriyyəti yerindəcə həll edilib. Maddi yardım, müayinə-müalicə, iş və əmək münasibətlərinə dair məsələlərlə bağlı müraciətlərin həlli ilə bağlı tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb.
Qəbulda vətəndaşlar dövlətimizə minnətdarlıq ediblər. 
Qeyd edək ki, hər həftənin cümə günü Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev saat 10:00-dan 12:00-dək vətəndaşları qəbul edir.